Hörmüz boğazında "yeni dövr": ABŞ ödənişlərə necə nəzarət edəcək? – İqtisadçıdan ŞƏRH

media-hightechnic-468x90

 

media-banner_tkm

“Hörmüz boğazı ödənişlərində ABŞ dolayısı ilə iştirak edəcək.”

Bu sözləri Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

İqtisadçı sülh müqaviləsindən sonra Hörmüz boğazından keçidə İran və Omanın nəzarət edəcəyi, gəmilərdən yüksək məbləğdə vergi alınacağı ilə bağlı xəbərləri şərh edib:

“Hazırda yayılan məlumatların hansının doğru, hansının yanlış olduğunu bilmək olmaz. Ümumiyyətlə, Hörmüz boğazı anlaşmasının iki istiqaməti var. Bu, 40-cı il anlaşmasına bənzəyəcək (anlaşma oldu, amma bir il sonra öz aralarında böyük müharibə oldu), ya da əksinə, müharibədən sonrakı “Marşal planı”-na bənzəyəcək. Hansının olacağını yaxın həftələrdə biləcəyik. Hörmüz boğazı əgər pullu olacaqsa, bu pul məsələsində ABŞ mütləq iştirak edəcək, başqa cür ola bilməz. Omanla İran birgə müəssisə yaratsalar, Oman tərəfindən iştirak Amerikanın əlində olacaq. Belə bir ssenari mümkündür. Həmin boğazdan keçən gəmilər isə böyük məbləğdə vəsait ödəməyəcəklər. Söhbət 1-2 milyondan getməyəcək, söhbət yalnız 10 minlərlə dollardan gedə bilər. Bu da təhlükəsizlik xərcləri kimi rəsmiləşdirilə bilər. Hər bir halda, yayılan məlumatların hansının doğru olduğunu yaxın həftələrdə öyrənəcəyik.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05