!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət Xidmətinə əlavə 5 avtomobil ayrılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb.

www.yenicag.az

82
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100