Dövlətə qarşı nifrət dili azadlıq deyil - Telman Nüsrətoğlu yazır

media-hightechnic-468x90

Dövlətçilik anlayışı fərdi siyasi simpatiya və ya antipatiyalardan daha yüksək kateqoriyadır.

media-banner_tkm

Türk siyasi düşüncə tarixində dövlət anlayışı sırf inzibati mexanizm deyil, müqəddəs və mərkəzi bir dəyər kimi qəbul olunub. Milli istiqlalın, bayrağın, azanın qoruyucusu və əmanətçisi.media-telman-nusretoglu

Amerikada keçirilən məlum aksiyada “demokratiya”, “azadlıq” kimi şüarların səsləndirilməsi özü-özlüyündə legitim siyasi mövqenin ifadəsi ola bilər, lakin bu şüarların dövlətin ali təmsilçisinə qarşı təhqir və milli ləyaqətə zərər vuran formada həyata keçirilməsi demokratik dəyərlər və milli qürurla uzlaşmır. Demokratiya fikir müxtəlifliyini qəbul edir, amma dövlətin simvoluna qarşı nifrət dili ilə çıxışı yox. Çünki bu artıq tənqid çərçivəsindən çıxaraq dövlətin beynəlxalq nüfuzuna xələl gətirən davranışa çevrilir.

Xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dövr Azərbaycan dövlətçiliyi üçün yeni siyasi mərhələ açdı. Həmin dövrdə ortaya qoyulan milli iradə, siyasi qətiyyət və diplomatik manevr qabiliyyəti Azərbaycanın beynəlxalq sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Prezidentin rəhbərliyi ilə əldə olunan nəticə təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın regional güc balansında söz sahibi kimi qəbul edilməsidir. Bu proses ölkənin suverenliyinin bərpası ilə yanaşı, milli özünəinamın və dövlətçilik şüurunun möhkəmlənməsi ilə müşayiət olundu.

Bu kontekstdə xaricdə Azərbaycan Prezidentinə qarşı edilən hücumların “azərbaycanlı kimliyi” adı altında təqdim olunması paradoksal və acınacaqlıdır. Xaricdə Azərbaycan dövlətinin rəsmi təmsilçisinə qarşı aparılan kampaniyalar əgər təhqir üzərində qurulursa, bu artıq fərdi siyasi mövqe deyil, dövlətin imicinə yönəlmiş zərbədir.

Azərbaycan son illərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri, çoxşaxəli xarici siyasətlə beynəlxalq sistemdə öz mövqeyini gücləndirərək yeni dünya nizamının quruculuğunda rol alan bir ölkəyə çevrilib. Türkiyəmizlə birlikdə Türk birliyi hədəfinin lokomotividir. Bu yüksəliş, şübhəsiz, Prezidentin, dövlət rəhbərliyinin apardığı strateji kursla bağlıdır. Belə bir mərhələdə dövlət başçısına qarşı aparılan destruktiv kampaniyalar təkcə daxili siyasi mübarizənin elementi kimi deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə təsir edə biləcək faktor kimi qiymətləndirilməlidir.

Tənqid hüququ demokratiyanın ayrılmaz hissəsidir. Lakin dövlətçilik şüuru tələb edir ki, bu tənqid milli maraqların çərçivəsini aşmasın, dövlətin xaricdəki təmsilçiliyini zəiflətməsin və milli ləyaqətə xələl gətirməsin. Azərbaycan Prezidenti yalnız siyasi fiqur deyil, o, dövlətin atributu, suverenliyin təcəssümüdür. Ona qarşı yönəlmiş hər bir həqarət – xüsusilə xarici platformalarda və “milli kimlik” pərdəsi altında həyata keçiriləndə – mahiyyət etibarilə Azərbaycan dövlətinə qarşı yönəlmiş bir davranışa dönüşür.
Bu səbəbdən məsələni fərdi simpatiya və antipatiyalar səviyyəsində deyil, dövlətçilik, milli maraq və beynəlxalq nüfuz prizmasından dəyərləndirmək daha doğru yanaşmadır. Dövlətin başçısının xaricdə hörmət və ləyaqətlə təmsil olunması yalnız hakimiyyətin deyil, bütövlükdə millətin məsuliyyətidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05