!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin neftçilərə göstərdiyi yardım – SİYAHI

!Reklam – Yazi

tren215_08SOCAR “Günəşli” və “Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş işçilərin ailələrinə və təxlis olunmuş işçilərə göstərilmiş yardımlar barədə məlumat yayıb.

Həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə aşağıdakı məbləğdə maddi yardım edilib:

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 15000 manat;

– SOCAR-ın vəsaiti hesabına 5000 manat;

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1000 manat;

– Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1000 manat;

Qəza nəticəsində 11 nəfər həlak olmuş şəxslərlə bağlı göstərilən yardımlar:

– dəfn mərasimləri SOCAR-ın aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirak ilə təmin olunmuş, dəfn və məzar daşlarına çəkilən xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir;

– hər bir ailəyə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.1. bəndinə əsasən 2100 manat maddi yardım verilmişdir;

– hər bir ailəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq orta əmək haqqının üç misli miqdarında müavinət ödənilmişdir;

– “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən azyaşlı uşaqları 18 (əyani qaydada təhsil alırsa 23) yaşa çatanadək hər birinə görə – uşaqlara himayəlik edən ailə üzvlərindən birinə – ayda 262,5 manat maddi yardım verilməsi nəzərdə tutulur.

Qəza nəticəsində təxlis olunmuş işilərə aşağıda göstərilən yardımlar edilib:

– SOCAR-ın vəsaiti hesabından Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alan bir nəfərə 3000 manat, 32 nəfərə isə hər birinə 1000 manat;

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 500 manat;

– Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 500 manat;

Həmçinin mənzil növbəsində olan və “Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin (İman Şura oğlu Qasımovun- 31756,07 manat, Bəhmən Nadir oğlu Cəfərovun – 15523,70 manat, Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovun-70234,50 manat; cəmi-117514,30 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilir.

Bundan əlavə, həlak olmuş və itkin düşmüş ailələrin sosial durumunun yaxşılaşdırmaq məqsədi ilə ailə üzvlərindən bir nəfərinin ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatında vakant yerlərə müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq işlə təmin olunması, ehtiyac olarsa SOCAR-ın Təlim mərkəzlərində onların hazırlanması nəzərdə tutulub.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv