Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DSMF-nin gələn il üçün büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində təsdiq edilir.

Müəyyən edilib ki, 2021-ci ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: 3 502 499 210,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 1 183 982 341,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 161 452 137,0
1.3. qeyri-büdcə sektoru üzrə o cümlədən: 2 157 064 732,0
1.3.1. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 60 000 000,0
2. Sair gəlirlər, cəmi o cümlədən: 12 000 000,0
2.1. sanatoriya-kurort yollayışlarının qismən dəyəri

üzrə daxilolmalar

2 060 000,0
3. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 631 530 950,0

Müəyyən edilib ki, dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər üzrə xərclər 5 004 790 000,0
1.1. əmək pensiyalarının ödənilməsi xərcləri 4 880 040 000,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 124 750 000,0
1.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 32 670 000,0
1.2.2. hamiləliyə və doğuma görə 40 050 000,0
1.2.3. uşağın anadan olmasına görə 11 800 000,0
1.2.4. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 170 000,0
1.2.5. dəfn üçün 24 060 000,0
2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 20 500 000,0
3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 32 580 000,0
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 87 500 160,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 60 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
5.2. Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
6. Azərbaycan Respublikası Hökuməti ilə

Beynəlxalq İnkişaf Assosiasiyası arasında

2004-cü il 23 sentyabr tarixində imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri

600 000,0

Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

www.yenicag.az

291