DSX "Şöşü"nü təltif etdi - FOTO

media-hightechnic-468x90

Dövlət Sərhəd Xidməti aktyor Ramil Babayevi Milli Mətbuat Günü münasibətilə təltif edib.

Yenicag.az xəbər verir ki, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev onu “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edib.

Qeyd edək ki, Ramil Babayev 2001-ci ildə ATV kanalında radioda “İnternet klub” verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb.

R.Babayev “Bozbash Pictures” komediya layihəsində canlandırdığı “Şöşü” obrazı ilə yaddaşlarda qalıb.

O, hazırda ATV-də yayımlanan “Komando” verilişinin layihə rəhbəridir./axar.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa