Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Respublikasının silahlı qüvvələrinin general-mayoru Davit Manukyanı Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edib.
Yenicag.az-ın məlumatına görə, sözügedən şəxs Ermənistan parlamentinin deputatı Qeqam Manukyanın qardaşıdır.
Qeyd edək ki, həbs edilən general separatçı rejimin Müdafiə Ordusu komandanının birinci müavini olub./Unikal