Dünya Bankı neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 66,8 ABŞ dolları səviyyəsində olub, bu da öncəki ayın göstəricisi (62,7 dollar) ilə müqayisədə 6,5% çoxdur.

Bu barədə Yenicag.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin birinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 75,6 dollar, ikinci rübündə – 67,8 dollar, üçüncü rübündə – 69 dollar, dördüncü rübündə isə 63,7 dollar təşkil edib.

Bank xatırladıb ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 69 dollar səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi (80,7 dollar) ilə müqayisədə 14,5% azdır.

Məlumata görə, cari ilin yanvar ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 60,3 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (57,9 dollar) ilə müqayisədə 4,1% çoxdur.

Qeyd olunub ki, bu ilin birinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 71,4 dollar, ikinci rübündə – 63,9 dollar, üçüncü rübündə – 65 dollar, dördüncü rübündə isə 59,2 dollar təşkil edib.

Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (75,8 dollar) ilə müqayisədə 14,4% azdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05