Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Yeniçağ.Az  xəbər verir ki, ICE london qitələrarası birjasında Brent markalı neftin dəyəri 0.08 dollar və ya 0.16% artaraq 50.85 dollar dəyərində qərarlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri 0.09 dollar və ya 0.19% bahalaşaraq 47.92 dollara bərabər olub.

 

Yeniçağ.Az