Finlandiya turistləri bu üsulla cəlb edir - FOTO
üçün görünməmiş bir kampaniyaya start verib.
Yenicag.az xəbər verir ki, ölkə ərazisində dəyəri təxminən 23 min dollar olan qızıl külçə gizlədilib. Şərtlərə görə, onu tapan şəxs həmin mükafata sahib olacaq.

Təşəbbüsün əsas məqsədi turistlərin Finlandiyanı daha çox gəzməsi və ölkənin fərqli bölgələrini kəşf etməsidir. Qızılın dəqiq yeri açıqlanmır və bu da axtarışı daha da çətinləşdirir.
Layihə həm yerli turizmi canlandırmaq, həm də Finlandiyanı ziyarət edənlərə unudulmaz təcrübə yaşatmaq üçün həyata keçirilir.
Bu “qızıl ovu” artıq dünyanın dörd bir yanından olan səyahətsevərlərin diqqətini çəkib. Görünür, Finlandiya bu addımı ilə turizm sektorunda ciddi canlanmaya nail olmağı hədəfləyir.
Leyli Əliyeva













