Dünya liderlərinin telefon hesabatı açıqlandı

Cari ildə dünya liderlərinin telefon danışığının hesabatı yayılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ən çox Fransa prezidenti Emmanuel Makronla danışdığı bildirilib.

Hesabata əsasən, Tramp Makronla 25, Ərdoğanla 8 dəfə danışıb. Qeyd edilir ki, Ərdoğan Trampın telefonla danışdığı liderlər arasında ilk 9-luğa daxil olub.

Rusiya dövlət başçısı Vladimir Putinin isə ən çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla (28 ) və Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə (17)  telefon danışığı apardığı qeyd edilib.

Trampın prezident seçildikdən sonra 40-dan çox dünya lideri ilə 200 dəfədən artıq danışdığı bildirilir.

COP29