16.02.2019-cı il tarixində saat 14:30-da “Dünya TV” efirində “Qanun və İcra” verlışıni canlı olaraq izləyə bilərsiz.
Yenicag.az Vətənpərvərlər.az-a istinadən xəbər verir ki, tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında həftənin şənbə günləri saat 14:30-da təkrarı bazar günləri saat 14:30-da “Dünya TV”də canlı olaraq yayımlanacaq.
Bu həftə “Qanun və İcra” verlişində mövzu “Azadlığın məhdudlaşmasına məhkum olunmuş şəxslərin icrası”. Cinayət məcəlləsində 52-1 maddə, eyni zamanda “Cəzaların icra məcəlləsində” 51-1maddələr barədə fikir mübahisəsi aparılacaq və təhlil olunacaq. Dəyərli tamaşaçılar və oxucular verlişdə həmçinin bizə ünvanlanan sualları hörmətli hüquqşunaslar və ekspertlər tərəfindən cavablandırılacaq.
Verlişin qonaqları tanınmış hüquqşünas Şahin Məmmədov, hüquqşünas Fərid Məmmədzadə, pisixaloq Türkay Sultanlı, hüquqşunas və hüquq müdafiəçisi Sədaqət xanım Paşayeva, Vəkillər Kollegiyasının üzvü İsgəndər İsrafilov olacaq .