FHN xəbərdarlıq edir: Su ilə söndürmək QADAĞANDIR, PARTLAMA RİSKİ VAR!

media-hightechnic-468x90

“Maşın yanğınları aktual mövzudur. İl ərzində iki artım müşahidə olunur ki, bu da yay və soyuq vaxtlarda qızınma texnikalarından düzgün istifadə edilməməsi ilə bağlıdır”.

Bunu Yenicag.az-ın sorğusuna cavab olaraq “Yol nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” tədbirində çıxışı zamanı FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə deyib.

media-5f2d8e0a-9416-3fc5-a70d-6f10827533c2_850

O, diqqətə çatdırıb ki, bu gün statistikaların yüksəlmə dövründəyik:

“Maarifləndirmə nəticəsində ötən il 400 nəqliyyatda yanğın hadisələri vardısa, bu azalıb. Media bizə maarifləndirmə üçün böyük kömək göstərir. 240 yanğın hadisəsi qeydə alınıb cari ilin iyulun 15 nə qədər olan statistikadır. Elektrik avtomobillər özü ilə çətinliklər də çıxarır. Yeni problemlərin öhdəsindən gəlmək üçün yeni həll yolları lazımdır. Su ilə söndürülməsi mümkün deyil və çox təhlükəlidir əks təsir yaradıb partlama baş verə bilir. Yanğınsöndürmə üçün biouniversal köpük maddə gətirilir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600