Yasamalda "BMW" yandı - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa