“Moto skuter və mopedlərlə bağlı yol qəzaları artmaqdadır, bu hamımız üçün SOS siqnalıdır” – DİN

media-hightechnic-468x90

Son aylarda ölkə üzrə moped və moto skuterlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında ciddi artım müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bunu “Yol nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” tədbirində çıxış edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Anar Qafarov deyib.

media-anarr

Onun sözlərinə görə, son 6 ay ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə ciddi artım dinamikasından xəbər verir.

“Bu, artıq ənənəvi deyil, yeni və təhlükəli bir problemdir. Moped və skuter sürücülərinin yol hərəkəti qaydalarına əməl etməməsi, məsuliyyətsiz davranışları qəzaların əsas səbəblərindəndir. Mövcud tendensiya hamımız üçün SOS siqnalıdır”, – deyə A. Qafarov bildirib.

O, bu istiqamətdə təcili profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

“Cəmiyyət olaraq həm maarifləndirmə işlərini gücləndirməli, həm də nəzarət mexanizmlərini təkmilləşdirməliyik. Əks halda, bu cür hadisələrin artması qaçılmaz olacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600