Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 111 milyonu keçib.

Yenicag.az “Worldometers”ə istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 111 057 392-ə çatıb.

Pandemiya qurbanlarının sayı 2 457 566 nəfərdir. İndiyədək 85 947 126 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 95 252 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.