“Dünyada terrorun əsas himayədarı ABŞ-dır” – Deputat

media-hightechnic-468x90

Millət vəkili Ankarada Rusiya səfirinin qətlinə görə Qərbi günahkar sayır.

Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi barədə Yeniçağ.Az-a danışan millət vəkili Araz Əlizadə bu sui-qəsdin təşkilini Türkiyə-Rusiya münasibətlərinin normallaşması ilə əlaqələndirib:

“Dünyada bütün terrorizmin əsas himayədarı ABŞ və onun nökərləridir. Türkiyədəki olayı kimin törətdiyini hələlik qəti şəkildə söyləmək olmur. Amma bir məsələ var: necə olur ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşdığı bir vaxtda belə bir hadisə baş verir və onu da Türkiyə xüsusi xidmət orqanlarının keçmiş işçisi edir? Bu, düşündürücü məqamdır. Ancaq bütün hallarda terrorçuların nə mənliyi olur, nə də kişiliyi”.

ELÇİN
Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600