!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada yeni müharibələr dövrü başlayır: Heç kim kənarda qalmayacaq – Səxavət Məmməd yazır

!Reklam – Yazi

İndiki zamanı müharibələr dövrü adlandırsaq, səhv etmərik. Dünyada aktiv müharibə ocaqları daha şiddətli mərhələyə keçir, passiv müharibə ocaqları isə asta-asta alovlanır. Dəfələrlə yazmışam, dünya elə bir mərhələyə qədəm qoyur ki, heç bir dövlət tərəfsiz qalmayacaq.

Azərbaycanla Ermənistan arasında müharibənin aktiv fazası bitmiş sayılsa da, əslində, Cənubi Qafqaz ideal müharibə ocaqlarından biri olmaqdadır. Bu regionda ABŞ, Avropa İttifaqı, Rusiya, İran və Türkiyənin maraqları var. Təbii ki, bu maraqlar toqquşacaq və Azərbaycan da öz seçimini etməlidir. İran və Türkiyənin Cənubi Qafqazla bağlı strateji maraqları hər zaman olub, ancaq onu həyata keçirməyi arxa planda saxlayırlar. Niyə? Çünki hər iki dövlət Rusiya ilə toqquşmaq istəmir. Bundan əlavə, hər iki dövlətin strateji maraqları içərisində Cənubi Qafqaz heç vaxt ilk sıralarda deyil. Onlar da Rusiya faktorunu qəbullanıblar. Ona görə də yalnız taktiki baxımdan maraqlarını həyata keçirmək üçün zaman-zaman addımlar atırlar.

Deyənlər olacaq ki, Azərbaycan birbaşa Türkiyəni seçməlidir. Məsələ ondadır ki, Türkiyə NATO üzvüdür və Türkiyə üçün prioritet məsələ həmişə NATO olaraq qalır. Azərbaycan Türkiyəni seçməklə Rusiyanı qarşısına alır. Ona görə də Azərbaycan manevrlər edərək, prosesi idarə etməyə çalışır.

İran müharibənin qapısına dayandığının fərqindədir. Ona görə də, İsraili müttəfiqi olan Azərbaycanla hədələyə bilir. İranla Azərbaycan münasiblətlərinin yaxşılaşmasına həmişə mane olublar, bu dəfə bunu açıq şəkildə görəcəyik. Ötən yazıda da yazmışdım ki, İran-Azərbaycan münasibətlərinin korlanması üçün atılan ilk addımlar öncə Türkiyə ekspertlərinin dili ilə səsləndirilir, ardınca proses başlayır. Xatırlayırıqsa, bir neçə gün öncə Azərbaycan və Türkiyə mediasında qarşılıqlı olaraq bir-birilərinə ittihamlar səsləndirlildi. Öncə bunun səbəblərini tapmaq lazımdır. İlk səbəb hesab edirəm ki, Azərbaycan və Türkiyənin strateji maraqları ilə bağlıdır. İmperiya varisi olan Türkiyənin strateji maraqları arasında Cənubi Qafqaz, Ermənistan bəlkə də heç yoxdur, olsa da ən son yerlərdə yer alır. Azərbaycanda bəziləri ittiham edir ki, Ermənistanın Türkiyəyə də torpaq iddiası var. Türkiyə nəyə görə Ermənistana təzyiq etmir? Türkiyəyə qonşularından hamısının torpaq iddiası var. Türkiyə ciddiyə alır? Yox! Fərq budur. Biz ciddiyə alırıq, çünki bizim hədəfimiz torpaqla bağlı idi. Türkiyə isə ciddiyə almır və almayacaq da. Azərbaycan Türkiyəni itirə bilər? Bəli. Ancaq Azərbaycan hətta 100 illik strateji plan, yol xəritəsi hazırlamalıdır ki, Türkiyə istəsə belə, qopa bilməsin. Deyənlər olacaq ki, Türkiyə və Azərbaycan qardaşdır. Bir dam altında yaşayan qardaşlar belə maraqlarına görə bir-birini qıra bilir, bunun dövlət variantı da Səfəvi-Osmanlı. Reallıqlar geniş pəncərədən baxmalıyıq və Azərbaycan və Türkiyə dövlətlərinin yaxınlaşması prioritet məsələ olmalıdır.

Azərbaycan təhdid altındadır. Ölkəyə qarşı psixoloji və informasiya müharibəsi aparılır. Bunu bir neçə istiqamətdən həyata keçirirlər. Azərbaycanda da bəziləri informasiya müharibəsi apadığını düşünür və hücum taktikası seçib. İddia ortaya atıblar ki, ABŞ ordusu ilə Ermənistan ordusu birləşir. Dünyanın harasındasa belə hal yaşanıb? Şəxsən mən xatırlamıram. Yalan üzərindən qurulan informasiya müharibəsi həmişə qarşı tərəfə yox, özünə zərər verir və verəcək! Yalan üzərindən aparılan informasiya müharibəsi öz cəmiyyətinə psixoloji təsir edir və edəcək. Ermənistan mediası sənin adını çəkəcək və qoltuğun qarpızlanacaq, eqon türkiyəlilər demiş, “tatmin olacaq” deyə, Azərbaycan cəmiyyətini gərginləşdirməlisən? Cəmiyyət hazırlanmadan, etibarlı mənbə və şəxslərin dilindən səsləndirlmədən atılan informasiya zərbəsi qayıdıb öz başında partlayır və partlayacaq.

Sonuncu yazımda yazmışdım ki, İsrailin öz hərbçilərini Azərbaycan və Gürcüstandan çıxarmaq çağırışı Azərbaycanı və Gürcüstanı zərbə altında qoymaqdan başqa bir şey deyil. Azərbaycanda heç bir ölkənin hərbi bazası olmadığını İrandan yaxşı bilən ölkə yoxdur, ancaq bunu İranın necə qəbullanacağını da yazmışdım. Eynən elə də oldu.

Bütün eyforiyaların sonu depressiyadır. Azərbaycan cəmiyyəti hazırda depressiyadadır. Bunun üzərinə də gələk qiymət artımlarını, haqsızlıqları, məmur özbaşınalıqlarını, bahalı yaşamlarını, alınır stresli xalq. Bu topluma əlavə olaraq da mətbuatın kəmiyyət məngənəsini, özü haqqında yüksək fikirdə olanların populizim dolu çıxışlarını, pafoslarını, eqolarını “tatmin etmək” üçün etdiyi cəhdləri ver görüm, dözə bilər ya yox?

COP29

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv