!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən bahalı sarayabənzər təyyarələri - FOTOQALAREYA

!Reklam – Yazi

10. BOEING 747-8 VIP – 153 milyon dollar

“Dreamliner” olaraq da adlandırılan təyyarə Honq-Konqdanlu milyarder Cozef Lauya məxsusdur.

Bu təyyarə Launun daha rahat səyahət etməsi üçün yüksək texnologiya ilə təmin edilib. İş adamı 467 sərnişin daşıma potensialı olan təyyarəyə çoxlu əlavələr edərək, onu lüks bir yaşayış yerinə çevirib.

Bu, təyyarənin iclas otağıdır:

Bu isə salonu:

9. BOEING 747-400 CUSTOM – 220 milyon dollar

Bu təyyarə isə Səudiyyə Ərəbistan şahzadəsi Əl-Vəlid- bin Talala məxsusdur.

Şahzadə onu 2003-cü ildə alıb və təyyarə salonunda iki lüks yataq otağı və 14 nəfərlik yemək otağı düzəltdirib.

Hətta təyyarənin mərkəzinə təmiz qızıldan hazırlanmış taxt qoydurub.

8. E-2D ADVANCED HAWKEYE – 232 milyon dollar

Qeyri-adi görünüşə malik olan hərbi təyyarə “Grumman Aircraft Company” tərəfindən istehsal olunub.

ABŞ donanmasına aid bu təyyarə bütün pis hava şərtlərinə qarşı yüksək dözümə malikdir.

Təyyarədə inkişaf etmiş APY-9 radar və xəbərdarlıq sistemi, turbo-prop motorları mövcuddur.

7. Boeing 747-430 Custom – 233 milyon dollar

İlkin qiyməti 100 milyon dollar dəyərində olan təyyarənin bəzi hissələrinə qızıldan əlavələr olunduğuna görə təyyarənin qiyməti 130 milyon dollara çatıb.

Onun sahibi Bruney sultanıdır. Salon, yataq otağı və hamam tamamilə qızıl və Lalique kristalı ilə dizayn olunub. Hətta əlüzyuyan belə qızıldandır.

6. P-8A Poseidon – 290 milyon dollar

P-8A Poseidon planetin ən güclü müdafiə təyyarəsidir.

O, eyni anda su bombası, SLAM-ER raketləri, Harpoon anti-gəmi raketləri kimi hərbi sursatları daşıya bilir.

5. C-17A Globemaster III – 328 milyon dollar

“Boeing”in istehsal etdiyi bu təyyarə isə ABŞ Hava Qüvvələrinə aid ən böyük hərbi təyyarədir.

O, əsgərləri daşımaq üçün nəzərdə tutulub. Hal-hazırda ABŞ Hava Qüvvələrində 180-210 ədəd C-17A-nın olduğu bildirilir.

4. F-22 Raptor – 350 milyon dollar

5-ci nəsil qırıcı təyyarə kateqoriyasına aid olan F-22 Raptor dünyanın ən yaxşı və ən bahalı müharibə təyyarəsi olaraq qəbul olunur.

3. Airbus A340-300 Custom – 350-500 milyon dollar

Özəlləşdirilmiş bu təyyarə isə Rusiyanın ən varlı iş adamlarından olan Alişer Usmanova aiddir. Təyyarənin orijinal qiyməti 230 milyon dollar olsa da, iç dekorasiyası ilə bu qiymət daha da yüksəlib.

Bir dəfəyə 14, 484 km. yol qət etməyə qadir olan bu jetlər normalda 375 sərnişin daşıya bilir.

2. Airbus A380 Custom – 500 milyon dollar

Superlüks təyyarədə iki qaraj, bir neçə yataq otağı, hamam və “sağlam həyat sahəsi” adlandırılan hissə mövcuddur.

1. B-2 Spirit Stealth Bomber – 2.1 milyard dollar

B-2 Spirit Stealth Bomber indiyə qədər istehsal olunan ən bahalı təyyarədir.

O, strateji bombardman və müdafiə sistemi kimi texnologiyalara malikdir.

Həmçinin bu hərbi təyyarə nüvə silahı daşımağa da qadirdir. Bu təyyarələr müharibə zamanı İraq və Əfqanıstanda istifadə olunmuşdur.

www.yenicag.az

6732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv