!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın gözlədiyi GÖRÜŞ: “Ərdoğanın təsir imkanından yararlanacağı, ancaq Putinin...”

!Reklam – Yazi

“Ərdoğanın bu missiyasının əsas məqsədi Putini Rusiyanın həmin anlaşmaya geri dönüşünün zəruriliyinə inandırmaqdır”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfəri və həmkarı Vladimir Putinlə aparacağı danışıqların mümkün nəticələrini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər normal səviyyədə olsa da, prezidentlərin “taxıl dəhlizi” məsələsində asanlıqla dil tapacaqları gözlənilmir:

“Bildiyiniz kimi, hazırda Qərb düşərgəsindən Rusiya və onun lideri ilə birbaşa təmas imkanı olan ölkə Türkiyə, dövlət başçısı isə Ərdoğandır. Qərblə ziddiyyətlər fonunda bu iki ölkə arasında son illərdə əməkdaşlığın genişlənməsi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da münasibətlərin dəyişməməsi Ərdoğanla Putinin bir araya gəlməsini təmin edən faktordur.

Yayılan məlumatlara əsasən, Ərdoğanla Putinin növbəti görüşü sentyabrın ilk həftəsinə planlaşdırılır. Lakin görüşün məkanı barədə hələ ki heç nə bildirilmir. Bəllidir ki, iki liderin gözlənilən görüşünün başlıca mövzusu Rusiyanın ötən ay iştirakını dayandırdığı “taxıl dəhlizi”nin aktivləşdirilməsidir. Eyni zamanda, prezidentlərin təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri də deyilir.

Ərdoğanın bu missiyasının əsas məqsədi Putini Rusiyanın həmin anlaşmaya geri dönüşünün zəruriliyinə inandırmaqdır. Doğrudur, indiki vəziyyətində Türkiyə ilə münasibətlər Rusiya üçün çox vacibdir və Moskva bütün hallarda Ankara illə uzlaşmağın əhəmiyyətini başa düşür. Həmçinin Ərdoğan da ölkəsinin Rusiya üçün önəminin fərqindədir və əlindəki təsir rıçaqlarını işə salmağı düşünür.

Ancaq Putinin də bu məsələdə asanlıqla geri çəkiləcəyi gözlənilmir. Hər halda, taxıl anlaşmasının bərpası üçün Rusiyanın da müəyyən şərtləri var. Bu baxımdan, hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər normal səviyyədə olsa da, prezidentlərin “taxıl dəhlizi” məsələsində asanlıqla dil tapacaqlarını söyləmək çətindir. Bununla belə, qarşıdakı qısa müddətdə vəziyyətin dəyişməsi də istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv