Düşmənçilikdən BARIŞIĞA – Paşinyan şəxsən Konstitusiyanı dəyişmək İSTƏYİR

media-hightechnic-468x90

“Ermənistanın hazırkı konstitusiyası 1990-cı illərin sonunda, müharibə sonrası dövrdə qəbul olunmuş və dövlətin ideoloji-siyasi xəttini formalaşdırarkən aqressiv millətçi-militarist yanaşmanı əsas götürmüşdür. Bu sənəd, xüsusilə də Qarabağ məsələsində açıq və ya dolayı şəkildə ərazi iddialarını özündə ehtiva edir və Ermənistanın regional qonşularına qarşı hüquqi baxımdan konfrontasiyaçı mövqe sərgiləməsinə zəmin yaratmışdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-360d306e64d1cc148a47bfc61492d480

Siyasi təhlilçi Ermənistan Baş naziri Nikol Paşinyanın “Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, əsas qanuna dəyişiklik ediləcək” açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, bu konstitusion çərçivə müharibənin davam etdiyi illərdə Ermənistan daxilində konsolidasiyanı təminetmə vasitəsi kimi funksional olsa da, bu günün siyasi və diplomatik reallıqları ilə ziddiyyət təşkil edir:

“Xüsusilə Azərbaycanla sülh sazişi imzalanması prosesi fonunda bu sənəddəki müddəalar ciddi hüquqi maneələr yaradır. Ermənistan Konstitusiya Məhkəməsinin bu cür sülh sazişini təsdiqləməməsi ehtimalı da məhz bu səbəblərlə əlaqələndirilir. Hazırkı situasiyada konstitusiyanın dəyişdirilməsi məsələsi texniki deyil, siyasi və ideoloji bir düzəliş kimi dəyərləndirilməlidir. Ermənistanın bölgədə təcrid olunmuş “ağ qarğa” mövqeyindən çıxması üçün hüquqi və siyasi əsasların yenilənməsi qaçılmaz görünür. Çünki mövcud konstitusiya nəinki Ermənistanın regional inteqrasiyasına imkan yaradır, əksinə, onu keçmişin ritorikasına və düşmənçilik siyasətinə bağlayır”.

“Konstitusiyanın dəyişdirilməsi, bu baxımdan, Ermənistanın regional reallıqlara uyğunlaşmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu dəyişiklik yalnız sülh sazişinə imkan yaratmaq üçün deyil, həm də Ermənistanın gələcəkdə beynəlxalq hüquqa uyğun və qonşularla normallaşma əsaslı siyasi sistem qurması üçün ilkin şərtdir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600