Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Düşmənə bu dəfə də layiqli cavab verilib” - Adil Əliyev

“Ermənistan rəhbərliyi ölkə daxilində problemlərdən erməni xalqının diqqətini yayındırmaq üçün cəbhədə növbəti təxribata əl atıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib.

A. Əliyev deyib ki, keçən ilin aprelində Azərbaycan ordusunun əks-hücumla torpaqlarımızın bir hissəsini azad etməsi, Azərbaycanın inkişafı, həyata keçirilən böyük layihələr Ermənistanda narahatlıq doğurur:

“Azərbaycanın uğurları və Ermənistanda sosial-iqtisadi durumun ağır olaraq qalması fonunda həm Ermənistanda xalqın hakimiyyətdən narazılığı artır, həm də siyasi elita arasında parçalanma, qarşıdurma meylləri artır. Təsadüfi deyil ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib ki, hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir, onları ciddi bədbəxtlik gözləyir”.

Millət vəkili bildirib ki, məhz bütün bunlara görə Ermənistan işğal etdiyi ərazilərdə qondarma “referendum” keçirir, cəbhədə təxribata əl atır:

“Ermənistan rəhbərliyi cəbhədə belə təxribatlarla həm də havadarlarından yeni silah-sursat, maddi yardım almağa da çalışır. Ancaq qüdrətli ordumuz, qəhrəman əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və düşmənə bu dəfə də layiqli cavab verilib”.

Yeniçağ.az

www.yenicag.az

116