Düşməni çəkindirməyin YOLU: Ukrayna Rusiya şəhərlərini bombalayacaq? – ÇAĞIRIŞ

media-hightechnic-468x90

“Biz Rusiyanın strateji infrastruktur obyektlərini müntəzəm təhdid altında saxlamalıyıq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın dinc şəhərləri bombalamaqdan çəkindirməyin yollarından danışan Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Roman Kostenko deyib.

Kostenkonun fikrincə, Rusiyanı Ukrayna şəhərlərinin bombardmanından imtina etdirmək üçün düşmənin yaşayış məntəqələrini bombalamaq imkanına malik olmaq lazımdır:

“Mən düşməni çəkindirməkdən danışıram. Bizim uzaqmənzilli raketlərdən istifadə etməyimizi məhdudlaşdıracaq heç bir akt yoxdur. Düşməni çəkindirmək bizə nə verəcək?

Rusiyada da atom stansiyaları var. Mən onları bombalamağa çağırmıram, bunu etməməliyik.

Ancaq biz Rusiyanın strateji infrastruktur obyektlərini müntəzəm təhdid altında saxlamalıyıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600