“Duyğulandım və ağladım” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın legioneri Donald Gerrye Haiti mətbuatına müsahibə verib.

Yenicag.az xəbər verir o, müsahibəsində Ağdam klubunun Çempionlar Liqasındakı çıxışından da danışıb.

“”Qarabağ”ın heyətində ilk dəfə Çempionlar Liqasında çıxış etdim. “Çelsi” ilə matçda spikerin mənim meydana çıxdığımı elan etməsini unutmayacağam. Çünki mən bu turnirdə ilk haitili idim. Buna görə də duyğulandım və ağladım. “Atletiko” ilə oyuna qələbə üçün çıxacağıq. Hədəfimiz qrup mərhələsini başı dik şəkildə başa vurmaqdır”, deyə Gerrye müsahibəsində bildirib.

Loading...