!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

!Reklam – Yazi

Novruz bayramı ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in BDYPİ-dən bildirilib.

Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir

Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir:

“Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək.

Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır

Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.

Baş DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.

www.yenicag.az

81
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv