Baş Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsi məqsədilə vətəndaşlara müraciət edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, müraciətdə BYDPİ tərəfidən yeni Whatsapp nömrəsinin yaradıldığı, vətəndaşların qeydə aldığı qayda pozuntularını bu nömrətə göndərə biləcəkləri qeyd olunur.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlardan gələn çoxsaylı müraciətlər nəzərə alınaraq yeni Whatsapp nömrə yaradılıb: “Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni whatsapp nömrəsi yaradıldı. Artıq Siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz. Xahiş edirik nəzərə alasınız ki, whatsapp nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub” deyə bildirişdə qeyd olunub.
Qeyd edək ki, qaynat xətt nömrəsi 050 8000-902-dir./avtosfer/
www.yenicag.az