Reklam: High Technic
hightechnic

Ebru Gündeşə zərbə: Rza Zərrabın yanındakı qadın kimdir? - VİDEO

Azərbaycan əsilli iş adamı Rza Zərrabın ötən gün Nyu-Yorkdakı məşhur “Nobu” restoranında, yanında bir qadınla çəkilən fotoları ətrafında müzakirələr səngimir.

Yenicag.az xəbər verir ki, fotolarda Zərrabla birlikdə görüntülənən qadının kimliyi məlum olub. O, iş adamının həyat yoldaşı, müğənni Ebru Gündeşin ən yaxın rəfiqəsi Ayşəgül Akgündür.

Əvvəllər pərəstişkarı olub, sonradan ən yaxın rəfiqəsinə çevrilən, Ebru Gündeşin bütün səfərlərində, konsertlərində və gündəlik gəzintilərində yanında görünən Akgünün Nyu-Yorkda Zərrabla bərabər olmasını Türkiyə mətbuatı birmənalı qarşılamayıb. Müğənni ilə rəfiqəsinin arasında bir sıra problemlərin olduğu və uzun müddətdir görüşmədikləri bildirilib.

Qeyd edək ki, Ebru Gündeş bu mövzuya münasibət bildirməyib.

 

www.yenicag.az

2241