Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ədalət Vəliyevin idarəetmədə yeni adam olmadığını nəzərə alsaq...” – Sabir Rüstəmxanlı

“Prezident Administrasiyasında keçirilən görüşdə kifayət qədər açıq söhbət aparıldı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə silsilə görüşlərini dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, Prezident Administrasiyasında partiya sədrləri ilə keçirilən görüşlər qətiyyən növbətçi xarakter daşımır:

“Mən baş tutan görüşləri müsbət qiymətləndirirəm və bunu dövlət başçısının apardığı dəyişikliklər siyasətinin bir tərkib hissəsi kimi qiymətləndirirəm.

Qeyd edim ki, Administrasiyanın şöbə müdiri Ədalət Vəliyevlə mənim də təkbətək görüşüm oldu və bu müzakirələrin təəssüratı müsbətdir.

Bildiyiniz kimi, Ədalət Vəliyev idarəetmədə yeni adam deyil, uzun müddət mədəniyyət nazirinin müavini olub. Bunu nəzərə aldıqda deməliyik ki, ölkədəki siyasi proseslər haqqında məlumatlıdır, partiyaları və siyasətçiləri də yaxşı tanıyır.

Heç kəs düşünməsin ki, bu görüşlər növbətçi xarakter daşıyır. Əksinə, Administrasiyada keçirilən görüşdə kifayət qədər açıq söhbət aparıldı.

Hesab edirəm ki, bu görüşlərin yekunu siyasi münasibətlərin normallaşdırılması və digər məsələlərlə bağlı müsbət başlanğıca varacaq”.

Aqil Bəkir

www.yenicag.az

544
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100