EDDE Global və İstinye Universiteti arasında eksklüziv əməkdaşlıq memorandumu imzalandı
İstanbulda imzalanan yeni əməkdaşlıq memorandumu Azərbaycanlı tələbələr üçün böyük fürsətlər açır. EDDE Global şirkəti və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstinye Universiteti arasında eksklüziv razılaşma əldə olunub.
Razılaşmaya əsasən, EDDE Global vasitəsilə müraciət edən azərbaycanlı gənclər İstinye Universitetində doktorantura təhsilini 4 dəfə ucuz qiymətə – 4 illik 15,000 dollar əvəzinə cəmi 5,800 dollara almaq imkanı əldə edəcəklər. Bu isə illik sadəcə 1,450 dollar ödəməklə dünya səviyyəli doktorantura təhsili deməkdir.
Müqavilə İstinye Universitetinin Beynəlxalq Əlaqələr Direktoru İsmail Çift və EDDE Global-ın direktoru Miryusif Cavadzadə arasında rəsmi şəkildə imzalanıb. Görüş İstanbulda baş tutub.
İsmail Çift əməkdaşlıqla bağlı fikirlərini belə bölüşüb:
“EDDE Global tələbəni universitetə qəbul etdirməklə kifayətlənmir – onları məzuniyyətədək müşayiət edir. Tələbə yönümlü yanaşması və etibarlı fəaliyyəti ilə sektorun önəmli oyunçularındandır. Azərbaycan–Türkiyə təhsil əməkdaşlığına verdiyi töhfəyə görə, başda Miryusif Cavadzadə olmaqla, bütün EDDE komandası təşəkkürü haqq edir.”
Miryusif Cavadzadə isə bu razılaşmanı belə şərh edib:
“EDDE Global-ın rəhbəri olmaqla yanaşı, özüm də İstinye Universitetinin məzunuyam. Bu universitetin təhsil səviyyəsi və imkanları ilə fəxr edirəm. Tələbələrimizin də bu dəyəri yaşaması üçün belə bir fürsəti yaratmaq bizim üçün həm qürur, həm məsuliyyətdir.”
Reytinqlərdə yüksək pillələrdə yer alan İstinye Universiteti müasir infrastruktur, beynəlxalq yönümlü proqramlar və tədqiqat imkanları ilə tanınır. Yeni əməkdaşlıq isə azərbaycanlı tələbələr üçün qapıları daha geniş açacaq.