Ədliyyə nazirindən yeni TƏYİNATLAR – FOTOLAR

Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.

Bundan başqa, Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Nazirin digər əmri ilə, Cəmil Kamilli isə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. C.Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

  • Ədliyyə nazirindən yeni TƏYİNATLAR - FOTOLAR
  • Ədliyyə nazirindən yeni TƏYİNATLAR - FOTOLAR
  • Ədliyyə nazirindən yeni TƏYİNATLAR - FOTOLAR
COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика