Əflatun Amaşov: “Məhdudiyyətlər tətbiq edilməlidir”

media-hightechnic-468x90

90022“Prezidentin jurnalistlərin mükafatlandırılması ilə bağlı sərəncamından sonra Mətbuat Şurasına 30 ərizə daxil olub”.

Bu sözləri MŞ sədri Əflatun Amaşov Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib. Mətbuat günündə hansı jurnalistlərin mükafatlandırılacağına gəlincə, Amaşov bildirib ki, burada müəyyən məhdudiyyətlər tətbiq edilməlidir: “İndiyə qədər 30 ərizə daxil olub. Bu gedişlə iyulun əvvəlinə kimi bu say 1000-i keçəcək. Buna görə də düşünürəm ki müyyyən parametrlər seçməliyik və məhdudiyyətlər tətbiq edilməlidir. Elə jurnalistlər var ki, 40-50 illik stajları var, lakin ərizə ilə müraciət etmirlər. Bəlkə, utanıb çəkinirlər. Biz bu insanları axtarıb tapmalıyıq.

Onun sözlərinə görə, mətbuat xidməti sahəsində çalışanlar da bu siyahıya daxil ediləcək.

***

Ə.Amaşov həmçinin son vaxtlar müəyyən qüvvələrin həm ölkə daxili, həm də ölkə xaricində anti Azərvaycan hərəkatı başlatdıqlarını vurğulayıb. O, belə məsələlərdə jurnalistlərin həmrəylik göstərdiklərini də qeyd edib.

Mətbuat şurasının sədri həmçinin bəzi sosial şəbəkələrdə yaradılan səhifələrə toxunub. O, “Ümummilli paz” adlanan bir facebook səhifəsində ölkənin bir neçə media kapitanlarının, siyasətçilərinin şəkillərinin yerləşdirildiyini və ünvanlarına təhqirmiz ifadələrin işlədildiyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600