!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əfsanədən QALMAQALLI AÇIQLAMA: “Yerindən duran özünə model deyir”

!Reklam – Yazi

“Bu gün yerindən duran özünə model deyir…”.

Bunu “Miss Azərbaycan” gözəllik yarışmasının qalibi, bir çox seriallarda və filmlərdə rol alan model-aktrisa Əfsanə Qasımova Yenicag.az-a açıqlamasında deyib.

O, aktrisaların model kimi film və seriallara çəkilməsinə qarşı çıxanlara səslənib:

“Bəzən belə fikirlər səsləndirilir ki, niyə modellər aktrisa kimi film və seriallara çəkilir. Dünya kinosuna nəzər salsaq, bir çox məşhur filmlərin baş qəhrəmanları olan Hollivud ulduzlarının çoxu elə modellərdir. Elə qardaş Türkiyəni götürək. Məşhur seriallarda baş rolların çoxunu canlandıran modellərdir; Tuba Büyüküstün, Kənan İmirzalıoğlu, Serenay Sarıkaya, Cansu Dere, hansı birini deyim.

Azərbaycanda da bu ənənənin olması qeyri-adi hal deyil. Xarici görünüşü və siması gözəl olan, eyni zamanda istedadı ilə fərqlənən hər hansı bir model həm seriallarda rol alır, həm də filmlərdə. Özüm də dəfələrlə filmlərə və seriallara çəkilmişəm. Amma o demək deyil ki, burada yalnız xarici görünüşüm rol oynayıb, xeyr. Aktrisalıq qabiliyyətim olmasaydı, sözsüz ki, rejissorlar mənə həmin obrazları həvalə etməzdi. Eləcə də digər modellərə”.

Ə.Qasımova Azərbaycanda model sənətinin ucuzlaşdırıldığını da təəssüf hissi ilə bildirib:

“Bu gün yerindən duran özünə model deyir. Hamısına da baxırsan boyu 1.50, heç bir parametrləri də uyğun deyil. Amma “modeləm” deyib, meydan sulayırlar. Hətta əxlaqsız həyat tərzi yaşayanların çoxu özünü model adlandırır. Buna görə də Azərbaycanda model sənətini çox ucuzlaşdırıblar”.

Cəvahir

www.yenicag.az

1927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv