!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər məni vaxtında Xankəndiyə mer təyin etsəydilər...” - İddialı siyasətçidən REAKSİYA

!Reklam – Yazi

“Mənə çatdırıblar ki, Vardanyan general Volkovu fasiləsiz içirdir, sərxoşluqdan ayılmağa qoymur”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda təşkil etdikləri aksiyanı dəyərləndirən, vaxtilə Xankəndinin meri olmaq iddiasını ortaya qoyan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, separatçıların Qarabağda törətdikləri bütün cinayətlərə son qoyulması üçün belə aksiyaların keçirilməsi vacibdir:

“Özüm səhhətimlə əlaqədar aksiya iştirakçılarının yanında ola bilməsəm də, çox sayda üzv və tərəfdarlarımız oradadırlar. Məlum səbəblərə görə, bunu çox qabartmırıq.

Bəli, Qarabağda separatçıların və Rusiya hərbi kontingentinin özbaşınalığına son qoyulmalıdır. Burada başqa söhbət ola bilməz. Əgər 44 günlük müharibədən sonra məni vaxtında Xankəndiyə mer təyin etsəydilər, işlər gəlib bu həddə çatmazdı. Fikrimcə, Xankəndiyə mer təyinatı üzrə fərman verməyin tam zamanıdır.

Bilirsiniz ki, sülhməramlı deyilən kontingentin komandanı general Volkov aksiya iştirakçıları ilə görüşə gəlmir. Xankəndidəki adamlarımızın mənə çatdırdığına görə, Moskvadan oraya göndərilmiş Vardanyan general Volkovu fasiləsiz içirdir, onu sərxoşluqdan ayılmağa qoymur.

Xankəndidəki ermənilər də beziblər. Mənə deyirlər ki, terrorçular onları orada girov kimi saxlayırlar. Biz onları başa salırıq ki, ayrı yolunuz yoxdur, sizi aldadırlar. Onların da çoxu bununla razılaşır. Xankəndidəki ermənilər terrorçulardan və Rusiyanın işğalından xilas olsalar, bizimlə yaşamağa məhkumdurlar”.

A.Zeynalov

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv