Əhalinin banklara nə qədər borcu var?

media-hightechnic-468x90

Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. manata yüksəlib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 mln. manat, istehlak kreditləri 156.5 mln. manat, ipoteka kreditləri isə 86.6 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600