Azərbaycan əhalisinin banklarda olan vəsaitlərinin həcmi açıqlanıb.
Yenicag.az xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2022-ci il fevral ayının 1-nə milli valyuta ekvivalentində 9 milyard 635,8 milyon manat təşkil edib.
Əmanətlərin 60,7 faizi milli, 39,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,9 faiz azalıb.
www.yenicag.az