!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin vergi borcları “dondurulur”

!Reklam – Yazi

Hökumət əhalinin və kommersiya qurumlarının vergi borclarını müvəqqəti “dondurur”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin genişləndirilmiş tərkibdə keçirilən iclasında danışıb.

Medvedev onu da bəyan edib ki, ölkədə qarşıdakı dövr üçün fiskal yüklənmə azalmayacaq və Vergi Məcəlləsində qeyri-vergi ödənişlərinin nəzərdə tutulması əhalinin, o cümlədən, biznesin vergi öhdəliklərini azaltmayacaq:

“Fiskal yüklənmə azalmayacaq. Lakin dəyişikliklərə moratorium qoyulacaq və yaxın 6 il ərzində vergilərə korrektə edilməyəcək”.

Baş nazir əlavə edib ki, Vergi Məcəlləsinə dəyişikliklərin nəzərdə tutulduğu layihə üzərində işlər yekunlaşmaq üzrədir.

www.yenicag.az

2827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv