Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki Təzhizat İdarəsi elektrik generatoru, elektrik avadanlıqları və digər elektrik alətlərinin təmiri ilə istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri üzrə elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.
Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19%-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7%-ni təşkil edib.
“Hökumətin bir tərəfdən əhali qrupları üçün tələbi məhdudlaşdırması, digər tərfdən isə dövlət şirkətləri üçün borclanmanı artırması başadüşülən deyil”.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.
Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.