Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı

media-hightechnic-468x90

2023-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 6 milyard 242,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 682,6 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75 faizini təşkil edib.

Yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 615,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 127,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600