Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri AÇIQLANDI

media-hightechnic-468x90

2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14 % artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8 %-ni təşkil edib. 
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud 1 il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600