Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Əhməd Bəy Ağaoğlunun heykəli ucaldılsın" - Fazil Mustafa

Reklam: Sinerji Pro

Millət vəkili Azərbaycanın böyük siyasi xadimi Əhməd Bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsini və heykəlinin qoyulmasını təklif edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa Əhməd Bəy Ağaoğlunun irsinin araşdırılmamasından gileylənib.

Fazil Mustafa bildirib ki, Əhməd Bəy Ağaoğlu ermənilərin Azərbaycana qarşı təcavüzünün lap başlanğıcından onlara qarşı mübarizə aparıb, “Difai” təşkilatının təsisçilərindən biri olub:

“Əhməd Bəy Ağaoğlu Sarbonna universitetini bitirməsinə, ziyalı olmasına baxmayaraq, özü hərbi paltar geyinərək ermənilərə qarşı silahlı müqavimət təşkil edib. O vaxt xalqımıza qarşı törədilə biləcək bir neçə soyqırımın qarşısı alınıb. Belə bir şəxsin bu il 150 illik yubileyidir. Bu münasibətlə silsilə tədbirlər təşkil olunmalı, onun heykəlinin ucaldılması məsələsinə baxılmalıdır”.

Fazil Mustafa Əhməd Bəy Ağaoğlunu özündən sonra buraxdığı irsə görə ən böyük mütəfəkkir adlandırıb. Millər vəkili qeyd edib ki, o, təkcə Azərbaycan Cümhuriyyətinin yox, Türkiyə Cümhuriyyətin banilərindən biridir. Onun kimi şəxsiyyətlərə dəyər vermək lazımdır.

www.yenicag.az

4024
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM