!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan CAHİLLİK ÇIXIŞI: "O boyda qələbədən sonra cəmiyyət yenə xurafatın dalınca gedir"

!Reklam – Yazi

“Bizdə bəzən tez-tez xəyala qapılıb, ümumiyyətlə, ermənisiz bir məkan üçün çağırışlar edirlər. Burnunun ucundan uzağı görməyənlər hələ də anlamırlar ki, sözügedən məsələni bu formada həll etmək olmaz”.

Bu fikirləri Qarabağda yaşayan ermənilərin bəzilərinin Azərbaycan vətəndaşlığını almaq üçün ölkə başçısına müraciət etməsi haqda danışan millət vəkili Fazil Mustafa Yenicag.az-a açıqlamasında səsləndirib.

Fazil Mustafa bildirib ki, Qarabağda yaşayan ermənilərin icma olaraq formalaşmasına şərait yaradılmalıdır:

“Birinci növbədə, o insanları vətəndaşlığa qəbul etməliyik. Digər tərəfdən, ilkin mərhələdə onların icma olaraq formalaşmasına şərait yaratmalıyıq. Çünki Azərbaycan vətəndaşlığı qəbul edən ermənilərlə, vətəndaşlıq qəbul etməyən terrorçu erməniləri ayırmalıyıq.

Təklif etdim ki, Qarabağın bizim nəzarətimizdə olan erməni kədlərinin birində onları yerləşdirmək lazımdır. Evlərin çoxu salamat qalır. Çünki azərbaycanlılar evləri dağıtmırlar. Azərbaycanlılar erməni vəhşiliyinin əksinə olaraq, qurucu görüntüləri hər yana təqdim edirlər. Hətta kilsəyə belə toxunmuruq. Şuşada kilsəni təmir edən dövlət bunları da etməlidir. Ona görə də vətəndaşlığı qəbul edənlərin hər hansı bir şəkildə Bakıya gəlmələrinə ehtiyac yoxdur. Onları bu ərazidə yerləşdirib gələcəkdə məskulaşmaq üçün şərait yaratmalıyıq. Xankəndiyə nəzarəti bərpa edəndən sonra oradan qaçqın düşmüş, məcburi köçkün olan azərbaycanlıların qaytarılmasını təmin etməliyik. Bunlar həm də incə siyasi məsələlərdir. Bunu elə çözməliyik ki, Azərbaycana heç yerdən təzyiq olmasın.

Bizdə bəzən tez-tez xəyala qapılıb, ümumiyyətlə, ermənisiz bir məkan üçün çağırışlar edirlər. Burnunun ucundan uzağı görməyənlər hələ də anlamırlar ki, sözügedən məsələni bu formada həll etmək olmaz. Mütləq mənada oranı ermənisizləşdirilmiş ərazi kimi təsəvvür etmək xəyalımızda, istəyimizdə ola bilər. Dünya ilə üz-üzə qalmaq təhlükəsinə görə Azərbaycan vətəndaşı olan erməni faktorunu gündəmə gətirməliyik. Onu stimullaşdırmalıyıq. Say az, ya da çox ola bilər, ancaq bunu etməliyik. Nəhayət ki, biz də siyasi millətə çevrilməliyik. Şeir deyən, “Topxanada iş gedir, Bakıda nümayiş gedir” şüarı səsləndirən cəmiyyətdən çıxmalıyıq. Hərçənd, biz bundan çıxa bilmirik. 21-ci əsrdə cəhalətin səviyyəsini görürük. 19-cu əsrdən xeyli geriyə gedən təzadlı azərbaycanlılar var. Gedib ABŞ-də, Avopanın elm ocaqlarında təhsil alanlarla cəhalətə, xurafata inanlar üz-üzə qalıb. 19-cu əsrdə Axundov var idi, Həsən bəy Məlikov var idi. Bu gün onlaırn ikisi də yoxdur. Faciə burasındadır. Cəhalətin qarşısında duracaq mexanizm yox səviyyəsindədir. Çünki çoxunun başı pula qarışıb, dövlətin gələcəyi ilə bağlı bir instinkt daşıyıcısı, ziyalılıq iddiası yoxdur.

Azərbaycanın bu gün uğurunun əsasını ordusunun, xüsusən Xüsusi Təyinatlı Qüvvələrinin olması təşkil edir. Bir də ölkə prezidentinin müəyyən dərəcədə balansı saxlamaq qabiliyyəti ölkəni ayaqda saxlayır. 30-40-100 ildir həll edilə bilinməyən problemlər, əsasən, həll olundu. Bundan sonrakı mərhələdə cəmiyyətin üstünə çox iş düşür. O boyda qələbədən sonra cəmiyyət yenə xurafatın dalınca gedir. Gələcək, həqiqətən, acınacaqlıdır. Biz istənilən vaxt altımıza basdırılan minaları Qarabağdan təmizləmiş olsaq belə, buradan təmizləyə bilməyəcəyik. Çünki minaları bir-birinin altına qardaşımız, bacımız, yaxınımız basdırır. Erməni olanda seçə bilirsən, cəhalət olanda seçə bilmirsən. Ona görə də yeni bir ziyalı nəslinin yetişməsinə bütün gücümüzü qoymalıyıq. Hazırda məsələ bundan çox asılıdır. Bu insanların ümidinə Qarabağı buraxsaq, bizi orada sülhməramlılarla, İranla toquşduracaqlar. Biz böyük dövlətlərlə balans saxlamaq məcburiyyətindəyik”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2339
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv