Əhməd Əhmədzadə dövlətin milyonlarını necə mənimsəyir?

media-hightechnic-468x90
Ahmed-Ahmedzade190506-big-500x261

Hər il kənd təsərrüfatının inkişafı üçün dövlət milyonlarla manat vəsait sərf edir. Amma buna baxmayaraq həmin vəsaitlərin böyük hissəsi ünvanqladığı istiqamətə görə sərf  olunmur və bu vəsaitlər aqrar sahədə fəaliyyət göstərən qurumlar tərəfindən mənimsənilir.

Tamamilə korrupsiya bataqlığında batan belə bir qurumlardan biri və bəlkədə birincisi uzun illər boyu Əhməd Əhmədzadəninin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Məhz Əhməd Əhmədzadəninin rəhbərlik etdiyi bu qurum hər rayonlarda torpaqların şorlaşmasının qarşısının alınması və fermerlərin su ilə təmin olunması üçün milyonlarla manat vəsait sərf edir. Ayrılan vəsaitlərin çox böyük hissəsi isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən bir neçə qurumu tərəfindən mənimsənilir və mənimsəmə halları bütün rayonlarda kütləvi və eyni xarakterli olduğuna görə əminliklə demək olar ki, baş verən böyük korrupsiya hallarından Meliorasiya və Su Təsərrüfatı ASC-nin birbaşa məlumatı var və demək olar ki, bütün bu korrupsiya halları ASC-nin rəhbərliyinin və yerlərdə icra başçılarının nəzarəti altında həyata keçiriilir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin büdcə talanı ilə məşğul olan rayon qurumlarından biri də Saatlı Suvarma Sistemləri İdarəsidir. Redaksiyamıza  Saatlı Suvarma Sistemləri ilə bağlı daxil olan məlumatda göstərilir ki, idarənin müdiri Tahir Rzayev Saatlının ən imkanlı və varlı şəxslərindən biri hesab olunur. Tahir Rzayev sərvətini torpaqların şorlaşmasının qarşısını almaq üçün dövlətin ayırdığı yüz minlərlə manat vəsaiti mənimsəyərək qazandığı bildirilir.
Daxil olan məlumatda bildirilir ki, Saatlı Suvarma Sistemləri idarəsinin müdiri  Saatlının icra başçısı Sircacəddin Cabbarovun və Meliorsaiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin himayəsi altında uzun illərdir ki, büdcəni talamaqla məşğuldur. Qeyd olunur ki, Saatlı rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 idarəsi fəaliyyət gösətirir. Bunlar Suvarma Sistemləri İdarəsi,  Mil Muğan Meşə Meliorasiya İdarəsi və «Melioservis» İdarəsidir.
Bildirilir ki, adı çəkilən idarələrə hər  il cari təmirlər üçün yüz min mantalarla vəsiatlər köçürülür. Belə ki, Tahir Rzayevin rəhbərlik etdiyi Suvram Sisitemləri İdarəsinə keçən il Meliorsaiya və Su Təsərrüfatı ASC-dən 350 min manata yaxın vəsait ayrılıb. Həmin vəsitlər isə mal-materiallar, car təmir, elektirik avadanlıqları,  aftomobil avadanlıqları və sair işlər adı altınada sənədləşdirilib.
Bundan başqa baş idarədən hər ay idarənin gördüyü işlər üçün göndərilən yanacaq, sürtgü yağlarının vəsaitlərinin yarı hissəsi nəğd şəkildə idarə müdirinin birbaşa cibinə «köçdüyü» qeyd olunur. Suvarma Sistemləri İdarəsi müdirinin Tahir Rzayevin bütün «ödəmələrini» ödədikdən sonra aylıq qazancının 6-8  min manat arasında olduğu bildirilir. Mənbə qeyd edir ki,  Meliorsaiya və Su Təsərrüfatı ASC rəhbərliyindən Saatlı Su İdarələrinin üzərilərinə düşən işləri yerinə yetirməmələri ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq idarə ümdirləri yenədə köhnə qaydada olduğu kimi büdcə vəsaitlərini «silməklə» məşğuldurlar.  Saatlı Suvrama Sisitemləri İdarəsi müdiri Tahir Rzayevin maxinasiya şərikinin isə Mil Muğan Meşə Meliorsaiya İdarəsinin rəisi Xanhüseyn Əhmədov olduğu qeyd olunur.
Belə ki, Saatlı rayonu ərazisində 2 ci dərəcəli drenlərin təmizlənməsinə cavabdeh olan Xanhüseyn Əhmədov Tahir Rzayevlə əlbir olaraq saxta forma 1 yazmaqla il boyu dövlətin yüz minlərlə manat vəsaitin mənimsəyirlər. Saatlı rayonunda dren və kollektorlarıvn təmizlənməsini məhz Suvrama Sistemləri İdarəsi təhvil aldığına görə ikili sənədlərdə drenlərin təmizləndiyini göstərərək sadəcə dövlət vəsaitlərini «silməklə» məşğul olurlar. Onuda qeyd edək ki, hal hazırda ölkədə şoranlaşmış torpaqlar siyahısında Saatlı rayonu ilk sıralarda yer alır. Bunun səbəbi isə saysız hesabsız drenlərin təmizlənməməsi və duzlu suyun axıdılmamasıdır. Bildirilir ki, bu üzdən hal hazırda Saatlı rayonunda torpaqların məhsuldarlığı ölkə miqyasında ənaşağı səviyədədir.
Məlumata əsasən Tahir Rzayev eyni zamanda Saatlı «Melioservis» İdarəsinin vasitəsi ilə də «qaz vurub qazan doldurur».  Qeyd edək ki, «Melioservis» İdarələri əslində Meliorsaiya və Su Təsərrüfatı ASC-də vəsait silmək üçün ən effektli qurumlardan biri hesab olunur. Belə ki, Suvarma Sisiteləri idarəsinin müdiri il boyu daxili müqavilə əsasında «Melioservis» İdarəsinə verdiyi işlər əslində formal xarakter daşıyır. Yəni «Melioservis» İdarəsinin işi görüntü naminə bir neçə kiçik su kanallarının təmziləməsindən ibarətdir. Halbuki Suvarma Sistemləri idarəsinin sənədləri araşdırılsa il boyu Melioservi idarəsinə külli miqdarda vəsaitlərin köçürüldüyü ortaya çıxar. Eyni maxinasiya Mil Muğan Meşə Meliorasiya İdarəsi ilə də baş verdiyi qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600