!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“EkoAvrasiya” Vəqfindən Azərbaycanın Ankaradakı səfirliyini ziyarət

!Reklam – Yazi

EkoAvrasya Vəqfinin İdarə Heyətinin sədri Hikmet Eren, Azerbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çoxşaxəli xarakter daşıdığını deyən səfir Rəşad Məmmədov qeyri-hökumət təşkilatlarının işinə diqqət çəkərək “EkoAvrasiya” Fondunun fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini deyib:

“Biz şadıq ki, bu təşkilat öz üzərinə götürdüyü təşəbbüsü uğurla yerinə yetirir və iki qardaş ölkə arasında iqtisadi və sosial sahələrdə körpü rolunu oynayır”.

Səfir Məmmədov Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsini də vurğulayaraq, sözügedən layihənin Azərbaycan və Türkiyəni daha da irəli aparacağını deyib:

”Türkiyə və Azərbaycan TANAP ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir və siyasi əlaqələrin əhəmiyyətini artırır. Beynəlxalq aləmdə baş verən hazırkı proseslər bu möhtəşəm layihənin strateji mövqeyini hər gün gücləndirir”.

Ortaq tarixə və keçmişə malik Türkiyə-Azərbaycan əlaqələrinin bu gün pik həddinə çatdığına diqqət çəkən EkoAvrasiya Vəqfi İdarə Heyətinin sədri Hikmət Eren, “İki qardaş ölkə arasında iqtisadi əlaqələr gözləntilərimizin çox üstündədir. Azərbaycandan Türkiyəyə sərmayələrin böyük kapital tələb edən sektorlara və strateji sahələrə olması gələcək üçün böyük dəyərdir. Biz müşahidə edirik ki, Türkiyənin Azərbaycana yatırdığı sərmayələrlə iki ölkə iqtisadi baxımdan bir-birinin çatışmazlıqlarını tamamlayır”, -deyə bildirib.

EkoAvrasiya Fondunun sədr müavini Kemal Kurnazın da iştirak etdiyi toplantıda Türkiyə ilə Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafında uğurlu fəaliyyətinə görə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova “Avrasiya Xidmət Mükafatı” təqdim edilib./Newscenter.az

COP29

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv