Eks-prezidentdən ÇAĞIRIŞ: “Moskvaya operativ zərbə endirilməlidir”

media-hightechnic-468x90

Polşanın eks-prezidenti Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə tərəddüdə yer olmadığını bildirib.

Yenicag.az xəbər verir ki, Polşanın eks-prezidenti Lex Valensa Rusiyanın Ukraynaya hücum edəcəyi halda Moskvaya operativ cavab zərbəsi endirilməsinə çağırıb.

Keçmiş prezidentin fikrincə, Qərb Ukrayna məsələsində son dərəcə sərt mövqe tutmalıdır:

“Biz cəsarətlə hərəkət etməliyik. Mən Rusiya prezidentinə hörmətlə yanaşırdım, hətta bəzi məsələlərdə onu dəstəkləyirdim. Ancaq indi mənim fikrimcə, o, çox irəli gedib.

Onun hər bir növbəti addımı daha pis olur. Bütün dünya səfərbər olmalı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə imkan verməməlidir. Əgər bu baş verərsə, o zaman Moskvaya operativ zərbə endirilməlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600