!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurlara ağır ittiham: “Arxası möhkəmdir, fəhlələrlə qul kimi davranır”

!Reklam – Yazi

İmişlidə pambıq tarlasında dərman preparatlarından kütləvi zəhərlənmə və son vaxtlarda bu halların tez-tez təkrarlanması problemin nə dərəcədə ciddiləşdiyini göstərir.

Baş verən hadisə bu dərmanlardan istifadə qaydalarını və onlardan necə qorunmaq məsələsini də gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Vahid Məhərrəmov həyəcan təbili çalıb:

“Zərərvericilərə qarşı istifadə olunan dərman preparatları insan orqanizminə öldürücü təsir göstərir. Həmin preparatların üzərində xüsusi istifadə qaydaları göstərilir.

Həşəratlara qarşı tətbiq olunan dərmanların əksəriyyəti xüsusi təlimatlar əsasında istifadə olunmalıdır.
Bir müddət öncə, Saatlıda, Tərtərdə, indi də İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə halı baş verib. Görünür, dərmanların dozasını artırıblar, qədərindən artıq istifadə olunub. Həmin fəhlələr tarlaya çıxarkən, ilk növbədə maarifləndirilməli idilər. Onlara xüsusi təlimlər keçirilməli idi. Bu işi üzərinə götürən sahibkar arxası möhkəm olduğu üçün heç kimdən qorxmur. Məsuliyyətdən yayınırlar. Sahibkarla həmin fəhlələr arasında müqavilə olmalıdır. Amma bu müqavilə yoxdur. Heç birinin sığortası yoxdur. Bu dərman preparatları, kimyəvi maddələrdən sovet dönəmində daha çox istifadə olunurdu, amma o vaxt belə kütləvi zəhərlənmə hadisələri heç baş vermirdi. Günahkar bu sahəyə məsul olan məmurlardır. Fəhlələrlə qul kimi davranırlar. Düşünürlər ki, ölər ölsün, digərləri gəlib işləyəcək. Baş verən hadisədə günahı olanlar cinayət məsuliyyətinə cəlb edilməsə, bu, daha ağır nəticələrə gətirib çıxaracaq”.

Cəvahir

www.yenicag.az

3234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv