!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi nazirlərin və məmurların cəzasız qalmaları prezidentin səbir kasası dolana qədərdir” - ETİRAZ

!Reklam – Yazi

“Görünür, məmurlar gözləyirlər ki, prezident ictimai nəzarətin təşkilinə görə də onlara sərt formada tapşırıq versin”.

Bu fikirləri konkret məmurların yanlış fəaliyyəti üzündən dövlətin əhalinin aztəminatlı hissəsinə yönəlik sosial layihələrinin məmnunluq əvəzinə geniş ictimai narazılığa səbəb olmasına toxunan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, öz vəzifələrinin öhdəsindən gələ bilməyən bir sıra yüksək məmurlar bununla ölkə başçısının səbir kasasını daşırmağa cəhd göstərirlər:

“Bildiyiniz kimi, ölkədə mühüm sosial layihələr cənab prezidentin təşəbbüsü ilə irəli sürülür və həmin işlərə ciddi nəzarət olmalıdır. Nazirlər və digər məmurlar prezidentin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirməlidirlər. Bunu edə bilmirlərsə, vəzifədən azad olunmalıdırlar.

Nəzərdə tutulan nazirlərin və məmurların cəzasız qalmaları isə prezidentin səbir kasası dolana qədərdir. O məmurlar, deyəsən, buna çalışırlar. Ümumiyyətlə, çox təəssüf ki, Azərbaycanda ictimai nəzarət çox zəifdir. Görünür, məmurlar gözləyirlər ki, prezident buna görə də onlara sərt formada tapşırıq versin”,

A.Zeynalov

COP29

www.yenicag.az

1017
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv