!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əl-Seyyid Əl-Şərif Prezidentə məktub göndərdi

!Reklam – Yazi

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif Prezident İlham Əliyevə məktub göndərib.

Yenicag.az-ın məlumatına görə məktubda deyilir: “Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından, iki qədim mədəniyyəti – Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”.

www.yenicag.az

2236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv