Yanvarın 17-də Elbrus dağında itkin düşən iki belaruslu alpinist tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib. Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar.
8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnikanın köməyi ilə tapılan alpinistlər Elbrusun şərq yamacında aşkar olunublar. Onların sağ olduğu bildirilir.