!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlcəzairin ölkəmizdəki səfiri Naxçıvan MR Daimi Nümayəndəliyinin rəhbəri ilə görüşdü

!Reklam – Yazi

Sentyabr ayının 8-də Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 

Bu barədə Yenicag.az-a Əlcəzair səfirliyindən məlumat verilib.

Görüşdə Bəxtiyar Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib. Bununla yanaşı, Bəxtiyar Əsgərov Qarabağ məsələsinə toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb.

Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin, gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv