!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Quliyev palataya köçürüldü - SON DURUMU

!Reklam – Yazi

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev palataya köçürülüb.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti stabil yaxşıdır: “Xalq artisti Reanimasiya şöbəsindən palataya köçürülüb. Onun səhhətindəki bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir. Qarşıdakı günlərdə həkimlər vəziyyətini qiymətləndirdikdən sonra evə buraxıla bilər”.

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv